ABŞ Liviyaya pilotsuz təyyarələr göndərəcək

ABŞ Liviyaya pilotsuz təyyarələr göndərəcək

22 Aprel 2011 09:48
1 078
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarında xəbər verdiyimiz kimi, ABŞ Liviyaya pilotsuz təyyarələr göndərməyi qərara alıb. Belə ki, prezident Barak Obama hərbi qüvvələrin NATO tərkibində Liviyadakı əməliyyatlarda pilotsuz təyyarələrdən istifadəsinə icazə verib.

Obama "Məqsəd Liviya lideri Müəmmar Qəddafinin ordusunu daha rahat məhv etməkdir", - deyib.

Pentaqon rəhbəri Robert Qeyts mətbuata açıqlama verən zaman raketlərlə təmin olunmuş təyyarələrin daha dəqiq həmlələr edəcəyini və bunun əməliyyatların uğursuz olduğu mənasına gəlmədiyini deyib.


Qeyts bu qərarın NATO qüvvələrinə dəstək xarakterli olduğunu, ordunun Liviyaya göndərilməyəcəyini də bildirib. Xatırladaq ki, Liviyaya göndəriləcək qırıcı təyyarələr hal-hazırda Pakistan-Əfqanıstan sərhədlərində əməliyyatları davam etdirir.


Qeyd edək ki, Liviyada əməliyyatlar başlayan zaman ABŞ toqquşma yerinə ordu göndərməyəcəyini açıqlamışdı.


ABŞ üsyançılara kömək etmək adı altında öz pilotsuz təyyarələrini hərbi sınaqdan keçirmək istəyir.


Elvin Babayev


O.M.