Dövlət Xidməti monitorinqləri davam etdirir

Dövlət Xidməti monitorinqləri davam etdirir

21 Aprel 2011 17:43
Bəyəndim (0) Bəyənmədim (0)



İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlərini keçirib.


Keçirilən monitorinqlər zamanı Bakının Nəsimi, Binəqədi və Xəzər rayonunda, Mingəçevir şəhərində, Şəmkir şəhərində və Goranboy rayonunda ümumi çəkisi 120 kiloqrama yaxın olan saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub. Bu məhsullar satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunma qərarı qəbul edilib.

Belə ki, İqtisadi İnkişaf nazirliyi qida istehlakçılara qida məhsullarının son istifadə tarixinə diqqət etmələri barədə xəbərdarlıq edib.