AQUPDK: "İnternet bir tərəfdən müasirlik, digər tərəfdən isə böyük bir təhlükədir"

AQUPDK: "İnternet bir tərəfdən müasirlik, digər tərəfdən isə böyük bir təhlükədir"

1 Mart 2012 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycanda məktəblilərin evdən qaçması faktları ilə bağlı mövqeyini bildirib. AQUPDK-nin sədri Hicran Hüseynovanın sözlərinə görə, komitə bununla bağlı aidiyyəti qurumlara müraciətlər edib və bu istiqamətdə müzakirələr aparılacaq: "Bu məsələ bizi çox narahat edir. Biz yenə valideyn məsuliyyətinin artırılması məsələsini qaldırırıq. Məktəbli uşaqların dərsə getmək adı ilə evdən çıxıb başqa yerə qaçması valideynin məsuliyyətsizliyinin nəticəsidir. Bu məsələdə məktəblərin də məsuliyyəti var. Məktəblər dərsdən qaçan və dərsə gəlməyən uşaqlarla bağlı tədbirlər görməlidir". H.Hüseynova deyib ki, valideynlər uşaqlarının internetdən istifadəsinə nəzarət etməlidir: "İnternet bir tərəfdən müasirlik, digər tərəfdən isə böyük bir təhlükədir. Ona görə ki, uşaqlar internet vasitəsilə bir-biri ilə yazışırlar, tanış olurlar. Bunun müsbət nəticəsi olsa yaxşıdır. Lakin çox zaman bu prosesə nəzarət çətin olur və belə neqativ hallara yol açır. Uşaqlar internetdən istifadə etmək hüquqlarından düzgün istifadə etməli, valideynlər də onlara nəzarət etməlidirlər".

O.M.