Ded Xasan Ermənistana gələcək

Ded Xasan Ermənistana gələcək

21 Aprel 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın vaxtlarda kriminal aləmin görkəmli simaları Ermənistana toplaşacaqlar. Ermənistanın "News.am" saytının verdiyi məlumata görə, keçiriləcək "sxodka"da Ermənistan üzrə avtoritetin təyinatı müzakirə olunacaq. İlkin xəbərlərə əsasən bu vəzifəyə Alik Banduryanın namizədliyi irəli sürüləcək. Onun bu yaxınlarda öldürülmüş kriminal avtoritet Armen Kanevskinin yaxın adamlarından olduğu bildirilir. A. Kanevski də öz növbəsində "Ded Xasan"ın (Aslan Usoyan) adamı olub.


Yezidi kürdü olan "Ded Xasan"ın da Ermənistandakı yığıncağa qatılacağı deyilir. Bu yaxınlarda "oğru"ların Dubayda görüşdüyü xəbər verilir. Bu görüşdə Banduryanın namizədliyinə "dobro" verilib.


Ermənistan kriminal dövlətdir. Ona görə də bütün kriminal aləm bu dövlətə toplaşır...


Elvin Babayev


O.M.