“Servelat” kolbasalarının istehsalçısı cərimələnib

“Servelat” kolbasalarının istehsalçısı cərimələnib

21 Aprel 2011 17:24
Bəyəndim (0) Bəyənmədim (0)


Daha bir sex bağlanıb. Belə ki,Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunmuş "Servelat" kolbasalarının üzərində saxlama müddətinin göstərilməməyi, habelə bu kolbasaların gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilməsi səbəbindən sexin fəaliyyətinə xitam verilib.


Bu sahibkar barəsində isə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Ruslan Şərifova 717 manat maliyyə sanksiyası tətbiq edilib.