Azərbaycan Prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib

21 Aprel 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)


Prezident İlham Əliyev Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunaraq bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.