Ermənilər Milli ordunun zabitini yaraladılar

Ermənilər Milli ordunun zabitini yaraladılar

29 Fevral 2012 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb. Hadisə cəbhənin Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında baş verib. Milli Ordunun leytenantı, 1988-ci il təvəllüdlü Pərvin Şahin oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. O, həkim nəzarəti altındadır. Vəziyyəti stabildir.

O.M.