Banqladeşdə gəmi qəzası baş verib

Banqladeşdə gəmi qəzası baş verib

21 Aprel 2011 16:44
906
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeşin şərqində yerləşən Çittaqonq vilayətində gəmi qəzası baş verib. Göyərtədə təxminən 100 nəfərin olduğu kiçik sərnişin gəmisi Meqhna çayında batıb. İlkin məlumata görə, 2 nəfər ölüb, bir neçə nəfər isə xilas olmağa müvəffəq olub. Digər şəxslər itkin düşmüş hesab olunur.


Brahmanbaria rayonunun Sarail yaşayış məntəqəsi yaxınlığında qeydə alınmış hadisəyə gəminin batmış yük ilə toqquşmasının səbəb olduğu ehtimal olunur. Ərazidə axtarış-xilasetmə və araşdırma işləri aparılır.

Su axar, yerini tapar. Gərək axının qarşısına keçməyəsən...


Elvin Babayev


O.M.