Cəbhə xəttində hərbi yük maşını aşdı

Cəbhə xəttində hərbi yük maşını aşdı

27 Fevral 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, cəbhə bölgəsində nazirliyin "N" saylı hərbi hissəsinə məxsus, əsgərləri daşıyan "Zil" markalı yük maşını dağlıq ərazidə yoldan çıxaraq aşıb. Nəticədə, yeddi hərbi qulluqçu xəsarət alıb. Hadisə fevralın 24-də Tərtər rayonu ərazisində qeydə alınıb. Hadisə baş verən kimi dərhal əraziyə Bakıdan cərrahlar ezam olunub. Fevralın 25-də isə müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə qəza nəticəsində xəsarət alan əsgərlər sanitar helikopterlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətiriliblər. Onlara lazım olan tibbi yardım göstərilib. Qəzadan sonra əsgərlərin ikisinin vəziyyəti ağır olsa da, artıq onların durumu stabilləşib. Əsgərlərdən heç birinin həyatı üçün təhlükə yoxdur.

O.M.