Cəbhə xəttində atəşkəs pozuldu

Cəbhə xəttində atəşkəs pozuldu

27 Fevral 2012 10:02
780
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 14.30-dan 14.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 16.10-dan 16.20-dək, 18.10-dan 18.20-dək və 19.10-dan 19.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərini, fevralın 27-də saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.