Xocalı soyqırımı Fransada anıldı

Xocalı soyqırımı Fransada anıldı

25 Fevral 2012 19:27
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 25-də Fransanın Strasburq şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı aksiya keçirilib. Strasburqun mərkəzi Kleber meydanında "Azərbaycan evi" və "Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" tərəfindən təşkil olunan aksiyada 600-yə yaxın insan iştirak edib.

Aksiyada həmçinin Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvü və Xocalı soyqırımımın şahidi olmuş Cavid Əliyev iştirak ediblər. Aksiyanın sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə rəmzi olaraq 613 şar havaya buraxılıb.

O.M.