Türkiyədə torpaq sürüşməsi baş verib

Türkiyədə torpaq sürüşməsi baş verib

21 Aprel 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin şimalında yerləşən Zonquldağ şəhərində torpaq sürüşməsi baş verib. Son 3 gün ərzində yağan yağışlar şəhərin dağlıq ərazisində torpaq və qaya parçalarının qoparaq yaşayış evlərinin və avtomobillərin üzərinə düşməsinə səbəb olub. İlkin məlumata görə, 1 nəfər yaralanıb, tikililər və avtomobillər zədələnib, elektrik dirəkləri isə yararsız vəziyyətə düşüb.


Yaşayış yerlərini itirmiş vətəndaşlar yaxınlıqdakı mehmanxanalarda yerləşdirilib. Hadisə ərazisində müvafiq işlər görülür.


Torpaq sürüşsə də, gərək insanlar sürüşkən olmasın...


Hafiz Əhmədov


O.M.