Maşınını çirkli saxlayan 44 sürücü cərimə olundu

Maşınını çirkli saxlayan 44 sürücü cərimə olundu

24 Fevral 2012 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, paytaxtda çirkli avtomobillərə qarşı aparılan reydlər zamanı 44 sürücü cərimələnib. Qarlı və şaxtalı hava şəraitindən sonra paytaxt yollarında hərəkətdə olan avtomobillərin dövlət nömrə nişanlarının və maşınların zahiri görkəminin çirkli olması halları artıb. Bu məqsədlə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt küçələrində dünəndən çirkli avtomobillərə qarşı reydlərə başlayıb. Həyata keçirilən tədbirlər nəticəsində qanunun tələbini pozaraq avtomobilləri təmiz saxlamayan 44 sürücüyə qarşı protokol tərtib edilib.

V.Əsədov reydlərin hələ davam etdiyini, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının təmiz saxlanmasının vacib olduğunu qeyd edib.

O.M.