Xocalı həqiqətləri artıq xocali.org saytında

Xocalı həqiqətləri artıq xocali.org saytında

24 Fevral 2012 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yaradılan xocali.org saytının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən informasiya texnologiyaları üzrə ekspert Əli Hacızadə saytın rus, ingilis və fransız dilində fəaliyyət göstərdiyini bildirib: "Saytda alman və Azərbaycan dilləri bölməsinin yaradılmasını da düşünürük. Yeni yaradılan saytda Xocalı soyqırımı ilə bağlı bir çox həqiqətlə öz əksini tapıb. Burada xarici reportyorlar tərəfindən hadisədən əvvəl çəkilən şəkillər, həmçinin hadisədən sonra olan görüntülər yerləşdirilib. Biz materialları hazırlayarkən Yuri Romanov və digər xarici jurnalistlərin çəkdikləri şəkillərdən və hazırladıqları materiallardan istifadə etmişik. Bəzən ermənilər həmin şəkilləri öz xeyirləri üçün istifadə edirlər. Hətta Ermənistanın dövlət qurumları da saxtakarlıqla məşğul olaraq yanlış məlumatlar hazırlayıblar. Bütün bunlara saytda ətraflı aydınlıq gətirilib. Həmçinin ermənilərin Xocalının işğalından sonra qarətçiliklə məşğul olmaları ilə bağlı sübutlar da saytda yerləşdirilib". Ə.Hacızadə saytın beynəlxalq aləmdə tanınması üçün müəyyən işlərin görüləcəyini də qeyd edib: "Saytın beynəlxalq aləmdə tanınması üçün Azərbaycan diasporu ilə birlikdə tədbirlər keçiriləcək".

O.M.