Yunanıstanın borcları yenidən nizamlanacaq

Yunanıstanın borcları yenidən nizamlanacaq

21 Aprel 2011 15:40
841
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq valyuta Fondu Yunanıstanın borclarının yenidən nizamlanacağını açıqlayıb.


Fondun rəhbəri Dominiqes Straus Kahn maliyyə bazarlarındakı təşvişlərə baxmayaraq, Yunanıstanın borclarının yenidən nizamlanacağı ilə bağlı açıqlamalar verib.


Beynəlxalq Valyuta Fondunun sədri borc bataqlığında olan Afina üçün bir proqram hazırladıqlarını və bu pulun geri qaytarılması ilə bağlı məsələdə dəyişiklik olmayacağını deyib. Beynəlxalq valyuta fondu və Avropa İttifaqı Yunanıstan iqtisadiyyatını maliyyə böhranından xilas etmək məqsədilə 110 milyard Avro maliyyə vəsaiti ayırıb. Afina isə bu borcu ödəmək üçün ötən ildən bəri xərclərini azaltmağa başlayıb.


Borc verənin bir üzü qara, istəyənin iki üzü qara...


Elvin Babayev


O.M.