"İranın kiber ordusu" "Azərbaycan Televiziya və Radio" QSC-nin saytına hücum etdi

"İranın kiber ordusu" "Azərbaycan Televiziya və Radio" QSC-nin saytına hücum etdi

23 Fevral 2012 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün gecə saatlarında "Azərbaycan Televiziya və Radio" Qapalı Səhmdar Cəmiyyətinin (Aztv) rəsmi internet saytına haker hücumu olub. Cəmiyyətin fəaliyyət göstərən hər üç - "Azərbaycan Televiziyası", "İdman Azərbaycan" və "Mədəniyyət tv"nin saytları hak edilib.

APA-nın məlumatına görə, hücumu "İranın kiber ordusu" adlandıran haker qrupu hərəkəti onlar tərəfindən həyata keçirilməsi ilə bağlı saytın əsas səhifəsində məlumat yerləşdirib.
Hazırda "Azərbaycan Televiziya və Radio" Qapalı Səhmdar Cəmiyyətin saytlarından ikisinin - "Azərbaycan Televiziyası" və "Mədəniyyət tv" saytlarının işi bərpa olunub. "İdman Azərbaycan" saytının normal işinin bərpası istiqamətində isə iş davam etdirilir.

O.M.