Pirallahı adasından 30 km şimala doğru dənizdə çevrilmiş qayıq aşkar edildi

Pirallahı adasından 30 km şimala doğru dənizdə çevrilmiş qayıq aşkar edildi

23 Fevral 2012 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, fevralın 21-də saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış, içərisində 3 nəfərin olduğu iki mühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in Aviasiya dəstəsinin 1 ədəd vertolyotu qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidə aparıb. Görülmüş tədbirlər nəticəsində Pirallahı adasından 30 km şimala doğru dənizdə çevrilmiş qayıq aşkar edilib. Bu gün balıqçıların tapılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

O.M.