Fələstin BMT-yə üzvlük üçün müraciət edəcək

Fələstin BMT-yə üzvlük üçün müraciət edəcək

21 Aprel 2011 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstin Sentyabr ayına qədər İsraillə atəşkəs razılaşması imzalaya bilməzsə, Birləşmiş Millətlərə üzvlük üçün müraciət edəcək.

Belə ki, Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Riyad Mansur sentyabr ayına qədər bu məsələyə baxacaqlarını bildirib.

Fələstinli diplomat BMT-yə üzv olmaq üçün Təhlükəsizlik Şurasının tövsiyələrinin kifayət etmədiyini, üzvlük üçün 128 ölkənin dəstəyinə ehtiyaclarının olduğunu və bu dəstəyi ala biləcəklərinə inandıqlarını söyləyib.

Ancaq Fələstinin müstəqil bir dövlət kimi bu istəyinin qəbul olması üçün İsrailin həmişə yanında olan Amerika Birləşmiş Ştatları müraciəti veto etməməlidir.


Bu, növbəti siyasi şoudan başqa bir şey deyil...


Elvin Babayev


O.M.