10 gün su quyusunda qalan Buzovna sakini bu gün xilas edildi

10 gün su quyusunda qalan Buzovna sakini bu gün xilas edildi

21 Fevral 2012 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Buzovna qəsəbəsi, Xətai döngəsi - 7 ünvanında qəribə bir hadisə qeydə alınıb. Qəsəbə sakini 51 yaşlı İslam Almazov fevralın 11-dən yoxa çıxıb. Uzun sürən axtarışlara baxmayaraq, onu tapmaq mümkün olmayıb. Bu gün yerli sakinlər qəsəbə ərazisində yerləşən 30 metr dərinliyində olan su quyusundan səs eşidiblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcilli tibbi yardım briqadasının həkimləri çağırılıb. Quyuya baxış keçirilərkən oradakı şəxsin İ.Almazov olduğu müəyyənləşib. O, su quyusundan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, İ.Almazov fevralın 11-də su quyusuna düşüb və bu günədək orada qalıb.

O.M.