Azərbaycanda nikaha daxil olanlardan tibbi arayış tələb olunacaq

Azərbaycanda nikaha daxil olanlardan tibbi arayış tələb olunacaq

21 Fevral 2012 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Ö növbəsində bu qurum nikah qeydiyyata alınmazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edəcək. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borcludurlar. Həmin şəxslər bu məlumatların açıqlanmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Nikaha girənlərdən biri, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş xəstəliklərin olmasını gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

O.M.