"Rusiyada dövlət intiharların həqiqi sayını məxfi saxlayır"

"Rusiyada dövlət intiharların həqiqi sayını məxfi saxlayır"

21 Fevral 2012 14:44
Bəyəndim (0) Bəyənmədim (0)
UNICEF:"Rusiyada qızların 45 %-i, oğlanların 27%-i intihar etmək istəyir"

Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Pavel Astaxov həyəcan təbili çalır. Belə ki, bu ölkə Avropada uşaq və yeniyetmə intiharı göstəricilərinə görə birinci yerdədir. Hər il Rusiyada 1500 həddi-buluğa çatmamış şəxs intihar edir, 4000 nəfər isə buna cəhd göstərir: "Əgər biz bu problemi köklü şəkildə həll etməsək, böyük bir nəsli itirəcəyik. 10 gün ərzində 6 nəfər intihar edib. Bu, epidemiya deyil, dövlətin faciəsidir. Yaranmış vəziyyətdən narahat olan D.Medvedev bu halların aradan qaldırılması üçün milli planın hazırlanmasını tələb edir".

İtar-Tass-ın məlumatına görə, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Pavel Astaxov çıxışı zamanı bəzi həqiqətləri etiraf edib: "Dövlət intiharların həqiqi sayını məxfi saxlayır. Bəzi ölümlər bədbəxt hadisə kimi qeydiyyata alınır."

UNİCEF-in araşdırmalarının nəticələrinə görə, Rusiyada qızların 45%-i, oğlanların 27%-i ömründə heç olmasa bir dəfə özünü öldürmək barədə düşünür.

Rusiya iqtidarının fəaliyyətinin nəticələri statistik rəqəmlərin dili ilə dəqiq ifadə olunur...

Aqil Hüseynov

O.M.