12 saat əvvəlki mesaj: "Atəşə tutulmuşuq"

12 saat əvvəlki mesaj: "Atəşə tutulmuşuq"

21 Aprel 2011 14:51
1 066
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya mediası qəm dəryasına batıb

Səhər saatlarında xəbər verdiyimiz kimi, foto müxbirləri Tim Hezerinqtonla Kris Hondros dünən Liviyadakı hücumlarda can verdilər. Onların ölüm xəbəri dünya mediasını yasa boğdu.

İngiltərənin Liverpul şəhərində 1970-ci ildə doğulan və Bruklində yaşayan Tim "Vanity Fair" jurnalında işləyirdi. Yaxın keçmişdə ailə həyatı quran jurnalist ölmədən öncə "Twitter"dəki səhifəsində bunları yazmışdı: "Misrata şəhərindəyik. Qəddafi gücləri atəş açmaqda davam edirlər. NATO-dan isə xəbər yoxdur".

Timin (qeyd: şəkildə sol tərəfdəki) lentə aldığı "Restrepo" adlı sənədli film bu ilin ən yaxşı filmi kimi "Oskar"a namizəd göstərilmişdi. Hondros isə "Pulitzer" mükafatı ilə diqqət çəkmişdi.

Sənət qurban tələb edir...

Günel Həbib

O.M.