Bakıdan Dubaya uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıtdı

Bakıdan Dubaya uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıtdı

20 Fevral 2012 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Heydər Əliyev Beynəlxalq Aeroportunun verdiyi məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Dubay reysini yerinə yetirən sərnişin təyyarəsi havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən yenidən Bakı aeroportuna qayıdıb. 10:05-də havaya qalxan "Boeing 757-200" sərnişin təyyarəsi texniki nasazlıqla bağlı yenidən Bakı aeroportuna enib. Texniki nasazlıq təyyarə havaya qalxandan sonra üzə çıxıb. Sözügedən aviareys saat 12:00-dək təxirə salınıb.

O.M.