Yaxın 3 gün ərzində respublika ərazisində mülayim hava şəraiti gözlənilir

Yaxın 3 gün ərzində respublika ərazisində mülayim hava şəraiti gözlənilir

20 Fevral 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabahdan başlayaraq Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə başlayacaq. Bu gün axşamdan etibarən Bakı və Abşeron yarımadasında külək tədricən zəifləyəcək, sabahdan isə mülayimləşəcək. Sabah ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə doğru gedəcək, temperatur 3-4 dərəcə artacaq. Yaxın 3 gün ərzində respublika ərazisində mülayim hava şəraiti gözlənilir.

O.M.