Qarabağ məsələsi İstanbulda gündəmə gəlib

Qarabağ məsələsi İstanbulda gündəmə gəlib

21 Aprel 2011 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının rəhbəri Sabina Freyzer jurnalistlərə açıqlama verib. Brifinq zamanı o, Qarabağ məsələsinə də toxunub.

Belə ki, Sabina Freyzer Azərbaycanla Ermənistan arasında qısamüddətli müharibəni mümkün saymadığını söyləyib. Oxumeni.az xəbər portalının ermənipərəst "Novostnik" saytına istinadən verdiyi məlumata görə, S. Freyzer İstanbulda erməni jurnalistləri ilə bir araya gəlib.


O bildirib ki, Azərbaycanda qəfil hücumla qələbə qazanacaqlarını, Ağdamı, Füzulini götürəcəklərini düşünürlər: "Hesab edirəm ki, bu, heç vaxt mümkün deyil. Azərbaycanlılar hücuma başlasalar, erməni tərəfi də reaksiya verəcək və heç də sadə olmayan bir vəziyyət yaranacaq ".

Ekspert əmindir ki, müharibə Türkiyəyə də lazım deyil. Ermənistan-Türkiyə münasibətlərinə toxunan S. Freyzer bu sahədə müəyyən tərəqqinin olduğunu söyləyib. O, "Əlbəttə, sərhədlər hələlik açılmayıb. Lakin ermənilər və türklər dialoq aparır, bir-birini anlamağa çalışır. Bununla yanaşı, prosesin Azərbaycan və Ermənistan tərəfində heç bir irəliləyiş yoxdur. Üstəlik, vəziyyət gərginləşir. Azərbaycan öz mövqeyində israrlıdır, ermənilərə isə yalnız Qarabağın müstəqilliyi lazımdır. Bu, bizi çox narahat edir ", - deyib.


Avropa həmişəki kimi məsələyə ikili standartlarla yanaşır. Çünki iki üzün iki astarı olur...


Elvin Babayev


O.M.