Pirallahında yanan evdə bir nəfər ölüb

Pirallahında yanan evdə bir nəfər ölüb

30 May 2019 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardası 10 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.