Yasamalda yanğın baş verib

Yasamalda yanğın baş verib

29 May 2019 08:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 210 m² olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ucar rayonunun Qaracallı kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan 100 kiloqram ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.