Binəqədi və Yasamalda 3 nəfər bağlı qapı arxasında qalıb

Binəqədi və Yasamalda 3 nəfər bağlı qapı arxasında qalıb

27 May 2019 09:54
86
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda biri azyaşlı olmaqla 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.