Göyçayda güclü  külək fəsadlara yol açıb

Göyçayda güclü külək fəsadlara yol açıb

27 May 2019 08:46
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikamızın ərazisində hökm sürən və güclü küləklə müşahidə olunan qeyri-adi hava şəraiti fəsadlara yol açmaqda da davam edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu gecə saatlarında Göyçayda əsən güclü külək böyük bir qovaq ağacını yola aşırıb. Nəticədə Göyçay-Ucar yolunda nəqliyyatın hərəkəti iki saat ərzində dayanıb. Ağacın yoldan təmizlənməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər. Onların köməyi ilə ağac yoldan təmizlənib və nəqliyyatın normal fəaliyyəti bərpa edilib. Gecə saatlarında əsən və bir saata yaxın davam edən güclü küləyin Göycay rayonun kəndlərində müxtəlif fəsadlara yol açdığı, bəzi yerlərdə işıq dirəklərini aşırdığı bildirilir.