Sabirabad və Göyçayda yanğın olub

Sabirabad və Göyçayda yanğın olub

27 May 2019 08:39
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonunda bir dam altında tikilmiş, hər birinin sahəsi 30 m² olan 2 mağaza və çay evinin lambirindən ibarət tavanı 90 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, hər iki mağazanın, çay evinin qalan hissəsi və bitişik digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunun Üngütlü kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 106 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.