Bu gün Niderland şahzadəsi qar uçqunu altında qaldı

Bu gün Niderland şahzadəsi qar uçqunu altında qaldı

17 Fevral 2012 19:55
Bəyəndim (0) Bəyənmədim (0)
Şahzadənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir

Bu gün Avstriya xilasediciləri Niderland şahzadəsi Yohan Frizonu qar uçqunun altından xilas ediblər. BBC kanalının məlumatına görə, şahzadə xizəkdə sürüşərkən qəflətən uçquna düşüb və nəzarətdən çıxıb. Xilasedicilər gələnə qədər o, 5 dəqiqə qarın altında qalıb və hərəkət edə bilməyib. Hazırda Yohan Frizo İnsbruk xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, 43 yaşlı Yohan Frizo Niderland şahzadəsi xanım Beatriksin ikinci oğludur.

O.M.