Respublikamızın bəzi rayonlarında yanğın baş verib

Respublikamızın bəzi rayonlarında yanğın baş verib

24 May 2019 09:04
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunun Binə Xocavar kəndində ümumi sahəsi 300 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılan 2 m³ taxta yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Əyricə kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 may 2019-cu il saat 01:30-dək, ilkin məlumata əsasən:Ağdaş rayonunun Pirkəkə kəndində "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqda olan qoşqu və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tərtər rayonunun Əskipara kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 16 m² sahədə və yaxınlıqda yığılan 2 ton ot bağlaması yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.