Yevlaxda tələbə aparan mikroavtobus aşıb: Ölənlər var

Yevlaxda tələbə aparan mikroavtobus aşıb: Ölənlər var

23 May 2019 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşüb, 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb

Yevlaxda baş verən yol qəzasında 22 nəfər xəsarət alıb.

Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 21 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

Qəzaya düşənlərin əsasənn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.