Yulian Assanj hər kəsi UNESCO-nu işğal etməyə çağırdı

Yulian Assanj hər kəsi UNESCO-nu işğal etməyə çağırdı

17 Fevral 2012 17:01
Bəyəndim (0) Bəyənmədim (0)
WikiLeaks-in təsisçisi beynəlxalq təşkilatları söz azadlığını boğmaqda ittiham etdi

16 fevraldan etibarən Parisdə internet jurnalistikası mövzusunda beynəlxalq konfransa start verilib. AFP-nin məlumatına görə, UNESCO və "Azad mətbuat naminə dünya komitəsi" tərəfindən təşkil olunmuş tədbir belə adlanır: "KİV dünyası WikiLeaks-dən sonra və dünya xəbərləri".

Lakin tədbirin adına və məramına baxmayaraq, WikiLeaks-in təsisçisi Yulian Assanjın iştirakına icazə verilməyib. Buna görə də Assanj UNESCO-nu söz azadlığını boğmaqda ittiham edib və internetdə "UNESCO-nu işğal et!" adlı hücum kampaniyasına başlayıb.
Xatırladaq ki, adıçəkilən tədbirdə vətəndaş jurnalistikasının geniş vüsət aldığı və bloqların sayının artmaqda olduğu vurğulanıb. Bu səbəbdən internetdə hər cür informasiyanın yayıldığı bildirilib. Odur ki, internet jurnalistikasının peşəkarlığını və etik normalarını artırmaq üçün tədbirlər planı təklif olunub.

Tədbirdə UNESCO-nun rəhbəri İrina Bokova və BMT-nin fikir azadlığının ifadəsi üzrə məruzəçisi Frank La Ru ilə yanaşı müxtəlif ölkələrdən gəlmiş 36 tanınmış jurnalist və hüquqçu çıxış edəcək.

O.M.