Bakıda 24 yaşlı qız evdən 7 min  götürərək yoxa çıxıb

Bakıda 24 yaşlı qız evdən 7 min götürərək yoxa çıxıb

22 May 2019 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 24 yaşlı qız itkin düşüb.

Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 75-də yaşayan 24 yaşlı Əliyeva Kəmalə Təvəkkül qızı özünəməxsus şəxsiyyət vəsiqəsini, geyim əşyasını, 3 000 ABŞ dolları və 2000 AZN məbləğdə pul götürərək evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.

Bu barədə qızın bacısı Əliyeva Aynur Təvəkkül qızı Xətai RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət edib.

Fakta görə, Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsində araşdırma aparılır. (mətbuat.az)