Xəzər və Abşeron rayonlarında  yanğın baş verib

Xəzər və Abşeron rayonlarında yanğın baş verib

19 May 2019 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xəzər rayonunda hər mərtəbəsi 3400 m² olan üçmərtəbəli tikilinin (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində rəflərə yığılan parça materiallar 100 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunun Novxanı kəndində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.