Ağsu və Füzuli rayonlarında yanğın olub

Ağsu və Füzuli rayonlarında yanğın olub

16 May 2019 09:01
98
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu rayonunun Ləngəbiz kəndində ümumi sahəsi 56 m² olan tövlənin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd soyuducu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.