Xəzər dənizində zəlzələ olub
Bu gün yerli vaxtla saat 5.23-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda deyilir. İlkin məlumatlara görə zəlzələnin episentri 60 kilometr dərinlikdə yerləşib və 3 bal gücündə olub.
Digər xəbərlər