Şəki rayonuna  yağan güclü dolu fəsadlara yol açıb

Şəki rayonuna yağan güclü dolu fəsadlara yol açıb

15 May 2019 08:55
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər respublikamızın ərazisində özünü göstərən təbii fəlakət Şəki rayonunda da fəsadlara yol açıb.

Mediainfo.az-a bölgədən verilən xəbərə görə, mayın 14-dən 15-nə keçən gecə Şəki rayonuna güclü küləklə müşahidə olunan yağış və dolu yağıb. 10-15 dəqiqə davam edən güclü dolu Şəki şəhərinə və ətraf kəndlərə böyük zərər vurub. Güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.