Binəqədi rayonunda sex, Sabunçuda "Toyota" yanıb

Binəqədi rayonunda sex, Sabunçuda "Toyota" yanıb

15 May 2019 08:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 114 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində işlənmiş ehtiyat hissələri 4 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.