Zaqatalada mikroavtobus qəzaya uğrayıb

Zaqatalada mikroavtobus qəzaya uğrayıb

13 May 2019 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada sərnişin daşıyan mikroavtobus qəzaya düşüb.

Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Əliabad marşrutu üzrə sərnişin daşıyan mikroavtobus rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə xəsarət alan bir-neçə sərnişin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparır. (ona)