Liftdə köməksiz qalan xilas edilib

Liftdə köməksiz qalan xilas edilib

13 May 2019 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərəgörə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunun Alekseyevka kəndində "VAZ" markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər almış sürücünü nəqliyyat vasitəsinin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.