Güclü yağışlar Gəncədə fəsadlara yol açıb

Güclü yağışlar Gəncədə fəsadlara yol açıb

11 May 2019 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dünəndən başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolmuşdur.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunmuş və suçəkmə işlərinə başlanılmışdır.