Güclü yağış Gürcüstanda kəndi su altında qoyub

Güclü yağış Gürcüstanda kəndi su altında qoyub

10 May 2019 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Şiddətli yağışlar Gürcüstanın Kaxeti rayonunun Telavi bələdiyyəsinə tabe olan Lexuri kəndini su altında qoyub.

Yatağını tərk edən çay bir neçə istiqamətdə kəndə axıb.

Hadisə nəticəsində elektrik xətlərinin və Tuşeti istiqamətində olan magistral yolun sıradan çıxdığı bildirilir.

Çayın daşmasının Pankisi dərəsində yerləşən yaşayış məntəqələrində də problemlərə yol açdığı bildirilir.