Aqil Abbasın oğlu polis rəisi təyin olundu

Aqil Abbasın oğlu polis rəisi təyin olundu

16 Fevral 2012 10:50
Bəyəndim (1) Bəyənmədim (0)

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Tuncay Abbasov Bakı Şəhər Baş Polis İdarəsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi təyin edilib. T.Abbasov bundan əvvəl Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Fəqan Azadəliyev isə bir müddət əvvəl Yardımlı Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, T.Abbasov Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın oğludur.

O.M.