Azərbaycanda 14 yaşlı qızı özündən 44 yaş böyük kişiyə ərə verdilər

Azərbaycanda 14 yaşlı qızı özündən 44 yaş böyük kişiyə ərə verdilər

8 May 2019 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdədə 14 yaşlı Elza adlı qızı 58 yaşlı kişiyə ərə veriblər.

Bu haqda ATV-də yayımlanan və Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində məlumat verilib.

Şəhid qızı başına gələnlər haqda belə danışıb:

"Mən doğulanda anam dünyasını dəyişib. Atam ikinci dəfə ailə qurub. Analığım mənə çox əziyyət verib. Çox zülmlər görmüşəm. 14 yaşım olanda məni tanıdığım bir qadın 58 yaşında kişiyə ərə verdi. Yaşlı kişinin pensiyası ilə dolanırdım. Həyat yoldaşım 5 ildir ki, rəhmətə gedib. O, məni əlinin içində saxlayırdı. Evini də mənim adına keçirdi. Oğlanları da mənə hörmət edirdi".