Respublikamızın bəzi rayonlarında yanğın olub

Respublikamızın bəzi rayonlarında yanğın olub

5 May 2019 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan tikilidə 1 ədəd soyuducu, 1 ədəd elektrik qızdırıcısı və ev əşyaları 5 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Mediainfo.az-ın verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə, içərisində 1 ədəd kondisioner, digər otaqların taxtadan ibarət qapıları və bitişik ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan digər otaqlar və dəhliz 65 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Əliyanlı kəndində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.