Günün fotosu
Günün videosu
Şərhsiz
Xırdabuynuzlu heyvanlar ölümcül xəstəliyə tutulub - VİDEO

Xırdabuynuzlu heyvanlar ölümcül xəstəliyə tutulub - VİDEO

3 May 2019 09:11
79
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdabuynuzlu heyvanlar arasında ölümcül xəstəlik yayılıb.

Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə xəbərdarlıq edib.

İnfeksiya ən çox yağışlı günlərdə nəmişlikdən sonra sürətlə yayılır. Xəstəlik özünü bəzən bir neçə simptomla, bəzən isə hec nə olmadan, tez bir zamanda heyvanın ölümü ilə göstərir.

Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyunlar vaksinasiya edilməlidir. Vaksinasiya dövründə axtalanma, quyruğun kəsilməsi və qırxım aparılmamalıdır, çünki onlarda bu dövrdə yara infeksiyalarına həssaslıq yüksəlir. Peyvənd olunmuş heyvanlarda bədən temperaturunun yüksəlməsi və axsaqlıq müşahidə olunur ki, bu da bir neçə gündən sonra yox olur.

Qeyd edək ki, infeksiyadan qorunmaq üçün istifadə olunan peyvəndin qiyməti 1-1,50 qəpik arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: