Anar qazanır, gətirir, onun qardaşlarının uşaqlarını böyüdür, ərə verir...

Anar qazanır, gətirir, onun qardaşlarının uşaqlarını böyüdür, ərə verir...

2 May 2019 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlərdə həyat yoldaşı Elnurədən rəsmi qaydada boşanmadan Samirə adlı makiyaj ustası ilə yenidən evlənməyə hazırlaşan prodüser Anar Mədətov son paylaşımı ilə diqqət çəkib.

Prodüser əlində qədəhlə şəklini paylaşaraq "Məni sevməyənlərin şərəfinə" sözlərini qeyd edib. Onun bu addımı keçmiş həyat yoldaşından boşanmasına qədəh qaldırması təəssüratı oyadıb.

Qeyd edək ki, Anar Mədədovun boşanma xəbərləri bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə müzakirə olunmağa davam edir. Onun evlilik yolunda irəliləməsi övladlarının da sərt reaksiyasına səbəb olub. Məşhurun "Qarabağ" futbol klubunda oynayan oğlu Mahir Mədətov atasının soyadından imtina edərək, Əmrəli soyadı ilə meydanlara çıxacaq.

Dünən isə Anar Mədətovun anası Mahirə Mədətova Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə çıxaraq bildirib ki, oğlu ilə gəlini 10 ildir ayrı yaşayırlar.

"Bunlar 22 ildir evləniblər. 20 ildir mən oğlumun evinə getmirəm. Hər gedəndə mənim adımdan elə söz çıxırdı ki, özüm-özümü döyürdüm. Anarın başqa qızla xınayaxdısı ona görə oldu ki, bunlar 10 ildir ayrı yaşayırlar".

Mahirə Mədətova Elnurənin oğlundan pul mənbəyi kimi istifadə etdiyini deyib:

"Xanımın ailəsinin nə qədər borcu olar? Hamısını yıxırdılar Anarın boynuna. Anar qazanır, gətirir, onun qardaşlarının uşaqlarını böyüdür, ərə verir... Maşını 60 minə satır, səhər gəlir görür pul yoxdur. Elnurə rayondan gəlib Bakıda villası, Türkiyədə evi, maşını var. Mənim oğlumun qazancını niyə kimsə yeməlidir? Anar evi, maşını – hər şeyi onlara qoyub çıxıb o evdən. Bu insan nəfəs almaq istəyir".

Anarın boşanmadan xınayaxdı etməsinə isə anası belə aydınlıq gətirib:

"Qız evi dedi ki, babamız ağır xəstədir. Siz toy edəcəksinizmi? Mən dedim, heç vaxt. Mənim boyum boyda nəvələrim var. Onlar məni saysalar da, saymasalar da, baş tacımdır. Mahiri yaş yarımından mən böyütmüşəm. Çox saf, tərbiyəli, yaxşı uşaqdır. Anar onları uşaq vaxtı atsaydı, deyərdiniz ac qoydu. İndi bu adam istəyir ki, onun qabağına bir nəfər çay qoysun".(publika.az)