Sumqayıtda və Beyləqanda yanğın baş verib
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə,yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 66 m² olan talvarın yanar konstruksiyaları 2 m² sahədə və talvarın altına yığılan 1,2 ton ot bağlamasının 900 kiloqramı yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər














































































.jpg)
.jpg)
.jpg)














